Tramp yaxın günlərdə Putinlə danışacaq

post-img

ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə Rusiya lideri Vladimir Putinlə söhbət etməyi planlaşdırdığını bildirib. Məlumatı “İnterfaks.ru” verib. 

“Çox yaxında. Yaxın bir neçə gün ərzində”, - deyə Tramp Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri bazasında jurnalistlərin sualına cavab verib.

O, əlavə edib ki, Ukrayna ətrafındakı vəziyyət onu “heyrətləndirmir”: “Mən onlardan razı deyiləm. Bu müharibə ilə bağlı hər şeydən razı deyiləm”.

Bununla belə, onun fikrincə, vəziyyət öz həllini tapacaq: “Mən bunun həll olunacağına inanıram. Əminəm ki, biz bunu edəcəyik”.

ABŞ prezidenti bildirib ki, bəzi Aİ liderləri bu həftənin əvvəlində Ukrayna ilə bağlı sülh sazişini müzakirə etmək üçün Ağ Evə səfər edəcəklər: “Bəzi Avropa liderləri ölkəmizə bazar ertəsi və ya çərşənbə axşamı fərdi qaydada gələcəklər və düşünürəm ki, biz bunu həll edəcəyik”.

P.Əmircanov
XQ

Dünya