Mayın 16-na keçən gecə və səhər saatlarında Krımda silsilə güclü partlayış səsləri eşidilib. Yerli "Telegram" kanallarının məlumatına görə, zərbələr Rusiya qüvvələrinin strateji hərbi obyektlərini hədəfə alıb.
“Krımskiy veter” Telegram kanalının məlumatına görə, səhər saat 06:15 radələrində Sevastopolda güclü partlayış baş verib. Naximov adına Hərbi Dəniz Akademiyasının ərazisindən Rusiya hava hücumundan müdafiə vasitələri atəşə tutulub.
Eyni zamanda, Rusiya Qara Dəniz Donanmasının 126-cı ayrı-ayrı sahil müdafiə briqadasının yerləşdiyi Perevalnoye kəndi ərazisində partlayışlar qeydə alınıb. Şahidlərin sözlərinə görə, ərazidə partlayış səsləri eşidilib və hərbi obyektlərdən qatı tüstü qalxıb. Yerli ictimaiyyətin məlumatına görə, 126-cı briqada hərbi bazasının ərazisində silah-sursat anbarında yanğın baş verib və bu, uzunmüddətli partlamaya səbəb olub. “Krımskiy veter” xəbər verir ki, çox sayda təcili yardım maşınları Simferopoldan Yalta şossesi ilə Perevalnoye istiqamətində hərəkət edib.
Sevastopol da hücuma məruz qalıb. Yerli sakinlər şəhərdə, xüsusən də Rusiya qüvvələrinin təyyarələri yerləşdirmək üçün istifadə etdiyi Belbek və Kaça hərbi aerodromları yaxınlığında yeni partlayışlar olduğunu bildiriblər.
S.ELAY
XQ