Pakistan BMT TŞ-nin təcili iclasının keçirilməsini tələb edir

post-img

Pakistan Cammu və Kəşmirdə vəziyyətin gərginləşməsi və Hindistanla gərginliyin artması ilə əlaqədar BMT Təhlükəsizlik Şurasına fövqəladə qapalı iclas keçirmək barədə rəsmi sorğu göndərib.

Məlumatı “Anadolu” yayıb. 

Pakistanın BMT-dəki Daimi Nümayəndəliyi verdiyi yazılı açıqlamada hazırkı vəziyyətin regional və beynəlxalq təhlükəsizliyə təhdid yaratdığını bildirib.

Sənəddə deyilir: “Hindistan və Pakistan arasında artan gərginlik və Cammu və Kəşmirdəki vəziyyət regionda və ondan kənarda sülh və sabitliyi təhdid edir”.

Bəyanatda həmçinin qeyd olunub ki, görüşdən sonra Pakistanın BMT-dəki daimi nümayəndəsi Asim İftixar Əhmədin brifinqi gözlənilir.

Təhlükəsizlik Şurasının fövqəladə iclası mayın 5-də yerli vaxtla saat 15:00-a təyin edilib.

 

P.ƏMİRCANOV

XQ

Dünya