Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili özbək həmkarı Bəxtiyor Saidov ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Gürcüstan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirlər iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi yollarını müzakirə ediblər.
Gürcüstan və Özbəkistan arasında ticari-iqtisadi əlaqələrin dərinləşməsinə xüsusi diqqət yetirilib. Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin inkişafı istiqamətində iki ölkə arasında fəal əməkdaşlığın davam etdiyi vurğulanıb.
Tərəflər, həmçinin regionda təhlükəsizlik problemlərini müzakirə ediblər və sülhün təşviqinin vacibliyini vurğulayıblar.
Gürcüstanın xarici işlər naziri ölkəsinin suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə görə Özbəkistana minnətdarlığını bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi