Bakıda bank kartından oğurluq edilib

post-img

Paytaxtın ayrı-ayrı rayonlarında 3 vətəndaşa qarşı dələduzluq edilməsi və nəticədə zərərçəkənlərə ümumilikdə 25 min manata yaxın maddi ziyan vurulması barədə polisə məlumatlar daxil olub.

Məlumatı DİN mətbuat xidməti verib. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 39 yaşlı A.Hətəmov, 30 yaşlı T.Əlizadə və 28 yaşlı M.Şükürov müəyyən olunaraq saxlanılıblar.

Bundan başqa, Səbail rayonu ərazisində bir nəfərin bank kartından 105 manatını oğurlamaqda şübhəli bilinən 19 yaşlı N.Piraliyevin saxlanılması da təmin edilib.

Araşdırmalar aparılır.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər