Qazaxıstan Dəmir Yolları (QDY) operatoru və Çinin “China Communications Construction Company” (CCCC) nəhəng tikinti şirkəti Pekində birgə cari layihələri və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin perspektivlərini müzakirə edib.
AZƏRTAC QDY-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, “China Communications Construction Company” şirkətinin rəhbəri Van Tunçjou və QDY SC-nin idarə heyətinin sədri Nurlan Sauranbayev Anakliya limanında layihənin icrası, Trans-Əfqan nəqliyyat dəhlizinin inkişafı və digər iri nəqliyyat infrastrukturu layihələri ilə bağlı əməkdaşlığı müzakirə ediblər.
CCCC Çinin nəhəng tikinti şirkətidir və “Fortune Global 500” reytinqi üzrə illik 130 milyard dollar gəlirlə dünyada 63-cü yerdə qərarlaşıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana