Suriyada Milli Dialoq Konfransı işə başlayıb

post-img

Suriyanın paytaxtı Dəməşqdə 600-dən çox nümayəndənin iştirak etdiyi Milli Dialoq Konfransı öz işinə başlayıb. Məlumatı “Anadolu” verib. 

“Silahların bir əldə, yəni dövlətin əlində cəmlənməsi təmtəraq deyil, zərurət və vəzifədir”, - Suriya prezidenti Əhməd əl-Şaraa Xalq Sarayında (dövlət başçısının iqamətgahı) Suriya Milli Dialoqu adlı tarixi konfransın açılış nitqində deyib.

Suriyanın çəkdiyi əzab və çətinliklərdən danışan Əl-Şaraa ölkənin yenidən qurulmasında birliyin və birgə səylərin vacibliyini vurğulayıb. “Biz sizi birləşməyə və birlikdə işləməyə çağırırıq ki, Suriya sağalsın, yaralarını sağaltsın və təsəlli tapa bilsin”, - dövlət başçısı bildirib.

Əl-Şaraa xatırladıb ki, Suriya xalqı öz öhdəliklərini yerinə yetirməli və vətənləri üçün məsuliyyət daşımalıdır: “Suriya sizə güvənir. Əminəm ki, siz onu bir daha məyus etməyəcəksiniz, diqqətdən kənarda qoymayacaqsınız və onun qorunması və dirçəldilməsi üçün səylərinizi əsirgəməyəcəksiniz”.

 

P.ƏMİRCANOV

XQ

Dünya