Liviyadan İtaliyaya 135 nəfər miqrant təxliyə edilib

post-img

Liviyadan İtaliyaya 135 nəfər miqrant təxliyə edilib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı bəyanat yayıb. Bildirilib ki, ehtiyacı olanlar üçün təhlükəsizlik və sabitliyin təmin edilməsi məqsədilə köçürülmə proqramları genişləndirilməlidir.

Əlavə olunub ki, ölkədə saxlanılan miqrantların azad edilməsi üçün Liviya hakimiyyət orqanları ilə işlər davam etdiriləcək.

Dünya