“Gürcü arzusu” prezident postuna namizəd irəli sürüb

post-img

Hakim “Gürcü arzusu” partiyası prezident postuna sabiq futbolçu, deputat Mixail Kavelaşvilinin namizədliyini irəli sürüb. Bu barədə noyabrın 27-də 1tv.ge telekanalı məlumat yayıb.

Xəbəri “İzvestiya.ru” yayıb. 

Namizədi “Gürcü Arzusu”nun yaradıcısı Bidzin İvanişvili təqdim edib. O qeyd edib ki, keçmiş idmançı futbolçu karyerası sayəsində dəfələrlə ölkənin şərəfini qoruyub və buna görə də layiqli namizəddir.

Mixail Kavelaşvili ölkənin futbol komandasının keçmiş hücumçusudur. Üç dəfə Gürcüstan çempionu olub. 2009-cu ildə Gürcüstanda Dünya Futbol İttifaqının (FIFPro) təsisçisi və fəxri prezidenti olub.

P.ƏMİRCANOV
XQ

 

Dünya