Əfqanıstanda xəzərlərə hücum edilib

post-img

Əfqanıstanın şimalındakı Baqlan əyalətində xəzərlərə (etnik qrup) silahlı hücum nəticəsində, ilkin məlumatlara görə, 10 nəfər həlak olub. Əfqanıstan mediasının məlumatına görə, hücum ötən gecə Nehrin rayonunda naməlum şəxslər tərəfindən həyata keçirilib. Xəbəri “Anadolu” yayıb. 

Əfqanıstan rəsmiləri hücumla bağlı xəbərləri hələ şərh etməyiblər.

Sosial şəbəkələrdə hücumda həlak olanların cəsədlərini əks etdirən fotolar yayımlanır. Görüntülərin hadisə yerində lentə alındığı iddia edilir.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Əfqanıstanda müxtəlif silahlı qruplar, xüsusilə də İŞİD terror təşkilatı tez-tez silah və ya partlayıcı maddələrdən istifadə edərək hücumlar təşkil edir.

P.ƏMİRCANOV
XQ

 

Dünya