Ərdoğan İraqın baş nazirini qəbul edib

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Məhəmməd Şia əl-Sudanini Vahdettin malikanəsində qəbul edib. Məlumatı “Anadolu” verib. 

Görüşdə Türkiyə ilə İraq arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan görüşdə Türkiyə və İraqın dərin tarixi və mədəni bağlara malik iki qonşu ölkə olduğunu, əlaqələrin inkişaf etdirilməsi və əməkdaşlıq imkanlarının, xüsusilə İnkişaf Yolu layihəsinin hər iki ölkəyə saysız-hesabsız faydalar gətirəcəyini bildirib.

Onun sözlərinə görə, terror təşkilatları həm Türkiyə, həm də İraq üçün təhlükəsizliyə təhdiddir. Bütün terror təşkilatlarına qarşı ayrı-seçkilik olmadan mübarizə hər iki ölkənin sülh və sabitliyinə xidmət edəcək.

Türkiyənin dövlət başçısı İraq hökumətinin terror təşkilatı PKK-KSK ilə mübarizədə atdığı müsbət addımları qeyd edib.

P.ƏMİRCANOV
XQ

Dünya