Türkiyə Suriya və İraqda 15 terrorçunu zərərsizləşdirib

post-img

Türkiyə hərbçiləri Suriya və İraqın şimalında PKK terror təşkilatının 15 üzvünü zərərsizləşdirib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Xəbəri “Anadolu” yayıb. 

İdarədən verilən məlumata görə, Suriyada “Fərat Qalxanı” və “Sülh çeşməsi” antiterror əməliyyatları zonasında PKK-nın Suriya qolu olan 11 YPG yaraqlısı zərərsizləşdirilib.

İraqda “Pəncə-Kilit” (“Pəncə-Qala”) əməliyyatı bölgəsində daha 4 terrorçu zərərsizləşdirilib.

Türkiyə Silahlı Qüvvələri bölgədə terrorun kökünü kəsmək üçün qətiyyətli mübarizəni davam etdirir.

P.ƏMİRCANOV
XQ

 

Dünya