Türkiyə ordusu İraq və Suriyada terrorçulara güclü hava zərbələri endirib

post-img

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında və Suriyada terrorçuların 32 obyektinə zərbələr endirib. AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Müdafiə Nazirliyi Ankaranın bu əməliyyatlarının BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş dövlətlərin özünümüdafiə hüququna əsaslandığını vurğulayıb.

“Çoxlu sayda terrorçu məhv edilib. Əməliyyat zamanı istifadə edilən bütün sursatlar Türkiyədə istehsal olunub. Ankaraya dost olan mülki şəxslərə və qüvvələrə, eləcə də mədəni və tarixi obyektlərə heç bir ziyan dəyməyib”, -deyə nazirlik qeyd edib.

Müdafiə Nazirliyi Türkiyəyə qarşı terror təhlükəsini tamamilə aradan qaldırmaq əzmində olduğunu qeyd edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Dünya