Budapeşt Brüsseli avropalıların problemləri ilə məşğul olmağa çağırıb

post-img

Avropa Birliyi avropalıları unudub. Nəhayət, Brüsseldə Avropanın maraqlarının təmsil olunmasının vaxtı çatıb. Biz və vətənpərvərlər məhz bunu edəcəyik və bu vəzifəni öz üzərimizə götürəcəyik.

AZƏRTAC xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban bu gün “Radio Kossuth”un efirində bildirib.

Budapeştin iddia etdiyi kimi, bu bəyanat Aİ-nin nəzarətsiz immiqrasiya siyasətinə və Macarıstan hökumətinin Brüsseldə oxşar kursu izləməkdən imtina etməsinin tənqidinə verilən cavab idi.

Bir gün əvvəl hökumət başçısı növbəti dəfə ölkəsinin miqrantlar ölkəsi olmayacağına söz verərək, açıq-aydın Almaniya, Fransa, Benelüks ölkələrinin hazırkı demoqrafik göstəricilərinə işarə edib.

Bunun ardınca mediada növbəti tənqidi ifadələr dalğası və Brüssel siyasətçilərinin “X” sosial şəbəkəsində Budapeştin kursu ilə bağlı paylaşımlar dərc edilib. Görünür, həmin tənqidi fikirlər Orbanın bu gün verdiyi reaksiyaya səbəb olub.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Dünya