Tarixdə ilk dəfə G7 ölkələrinin müdafiə nazirlərinin görüşü olub

post-img

İtaliyanın “Böyük Yeddiliyə” (G7) sədrliyi çərçivəsində tarixdə ilk dəfə olaraq G7 formatında müdafiə nazirlərinin görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, Neapol şəhərinin ev sahibliyi etdiyi görüşdə İtaliya, ABŞ, Almaniya, Fransa, Kanada, Böyük Britaniya və Yaponiyanın müdafiə nazirləri, həmçinin NATO-nun Baş katibi Mark Rutte və Avropa İttifaqının Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel iştirak ediblər.

Toplantıda qlobal səviyyədə müdafiə və təhlükəsizlik məsələləri, o cümlədən Rusiya-Ukrayna münaqişəsi, Yaxın Şərqdə artan gərginlik, Afrikadakı qeyri-sabitlik və Hind-Sakit okean regionundakı mövcud vəziyyət müzakirə olunub.

Dünya