Gürcüstanlı jurnalist: Qarabağda görülən işlər Azərbaycandakı sağlam iqtisadi və siyasi vəziyyətdən xəbər verir

post-img

“İşğaldan azad olunan ərazilərə bir neçə səfərim olub. Lakin Xankəndiyə ilk səfərimdir. İlk səfərimdən bu günə qədər Qarabağa gəldikdə aparılan işlərin artdığını görürəm və bir azərbaycanlı kimi fəxr hissi keçirirəm”.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində əslən azərbaycanlı olan Gürcüstan vətəndaşı, jurnalist Ramiliya Əliyeva söyləyib. "Obyektiv olaraq demək olar ki, möhtəşəm işlər görülür və Qarabağa hər səfərimdə işlərin miqyasının artdığını hiss edirəm. Çəkilən avtomobil yolları, yenidən qurulan infrastruktur göz önündədir. Ötən səfərimdə Şuşa Qlobal Media forumunda iştirak edərkən Laçına da səfərimiz oldu və şəhərin infrastrukturu bizləri valeh etdi. Gürcüstana geri döndüyümdə həmkarlarıma və tanıdıqlarıma məhz Laçın barədə məlumat verərək bərpa və tikinti quruculuq işlərinin qısa müddətdə necə sürətlə aparıldığını dedim. Görülən bu işlər təbii ki, Azərbaycanda iqtisadi, siyasi, ideoloji vəziyyətin sağlam olduğundan xəbər verir və bu çox sevindirici haldır. Bu həm də məni bir Gürcüstan vətəndaşı olaraq sevindirir ki, Gürcüstanın belə bir güclü strateji tərəf müqabili, dost, qonşu ölkəsi var. Bu gün həmçinin Xankəndidə aparılan işlərin şahidi olduq. Biz bura gələrkən şəhərdə çalışan insanları gördük. İnanıram ki, burada çalışanlar sadəcə qazanc naminə işləmir, həm də işlərinin öhdəsindən ürəklə gəlirlər. Onlar Qarabağın müasir tarixinin yazılmasında iştirak edirlər ki, bu özü də insan həyatında çox əhəmiyyətli hadisədir.

Son xəbərlər