Niderland Ukraynaya 42,6 milyon avro dəyərində PUA verəcək

post-img

Niderland Ukraynanı 42,6 milyon avro dəyərində pilotsuz uçuş aparatları ilə təmin edəcək.

Niderlandın müdafiə naziri Ruben Brekelmans bu barədə özünün sosial media hesabında məlumat yayıb.

“Hazırda Ukraynanın müasir pilotsuz aparatlara böyük ehtiyacı var. Buna görə də Niderlandın “DeltaQuad” şirkəti Kiyevi 42,6 milyon avro dəyərində kəşfiyyat PUA-ları ilə təmin edəcək”, - deyə Ruben Brekelmans bildirib.

Təhlükəsizlik baxımından Kiyevə tədarük ediləcək PUA-ların sayı açıqlanmır.

Sözügedən kəşfiyyat PUA-ları uzun məsafələrdə döyüş meydanından real vaxt rejimində məlumat əldə etmək qabiliyyətinə malikdir.

Qeyd edək ki, Niderland oktyabrın əvvəlində Ukrayna üçün pilotsuz uçuş aparatının fəaliyyət planına 400 milyon avro ayırdığını açıqlayıb. Plan çərçivəsində hər iki ölkə müasir dronların birgə istehsalı ilə məşğul olacaq və uğurlu prototiplərin istehsalını sürətləndirəcək.

Dünya