Ərdoğan: Elm və texnologiya vasitəsilə 21-ci əsr Türkiyəsini qururuq

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adananın Şakirpaşa Hava Limanında keçirilən ölkənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı TEKNOFEST-2024-ü ziyarət edib. Məlumatı “Anadolu” verib. 

Türkiyə dövlətinin başçısı tədbir iştirakçılarına və çoxsaylı qonaqlara müraciət edərək deyib ki, Türkiyə bu gün müdafiə sənayesinin texnoloji məhsullarını ötən gün ödənişli olaraq bu məhsulları verməkdən imtina edən ölkələrə ixrac edir. Onun sözlərinə görə, Türkiyə 22 ildə böyük bir yol keçərək dünyanın ən texnoloji ölkələrindən birinə çevrilib.

Ərdoğan deyib: “Müdafiə sənayesində yerli və milli istehsalın payını 80%-ə çatdırmışıq və pilotsuz uçuş aparatlarının istehsalında dünyada ilk üç ölkə arasındayıq. TEKNOFEST açıq şəkildə göstərir ki, xaricdən asılılıq, quraşdırma və montaj bizim ölkənin yolu deyil”.

Elm və texnologiya vasitəsilə 21-ci əsr Türkiyəsini qurmaq üçün səy göstərdiklərini vurğulayan Ərdoğan, yeni, böyük və güclü Türkiyəni əks etdirən ən mühüm mənzərənin bu il 10-cu dəfə təşkil edilən TEKNOFEST festivalı olduğunu bildirib.

Türkiyə prezidenti regiondakı vəziyyətə də toxunub və Ankaranın bütün qonşu ölkələrə və bütövlükdə regiona qarşı sülhsevər siyasətini bir daha vurğulayıb. 

P.ƏMİRCANOV
XQ

Dünya