Putin İmaməli Rəhmonu təbrik edib

post-img

Rusiya prezidenti Vladimir Putin Tacikistan lideri Emoməli Rəhmonu ad günü münasibətilə təbrik edib və yaxın günlərdə onunla Moskvada görüşəcəyini bildirib. Bu barədə oktyabrın 5-də Tacikistan Respublikası Prezidentinin rəsmi saytında məlumat verilib. 

Xəbəri “İzvestiya.ru” yayıb. 

“Yaxın günlərdə Moskvada baş tutacaq görüşümüz ərəfəsində, hörmətli Emoməli Şərifoviç, sizə cansağlığı, firavanlıq və dövləti fəaliyyətində yeni nailiyyətlər arzulayıram”, - Rusiya lideri yazıb.

Putinin müraciətində həmçinin bildirilir ki, Rəhmon həm soydaşları arasında, həm də onun rəhbərliyi altında dünya miqyasında hörmətə malikdir, Tacikistan iqtisadi və sosial inkişaf yolu ilə uğurla gedir və daxili, xarici siyasi proseslərdə konstruktiv rol oynayır.

P.ƏMİRCANOV
XQ

 

Dünya