Bayden ABŞ-da prezident seçkilərinin dinc keçməyəcəyindən narahatdır

post-img

ABŞ prezidenti Co Bayden qarşıdan gələn seçkilərin ədalətli və şəffaf olacağına əmin olduğunu, lakin onların dinc keçib-keçməyəcəyini bilmədiyini deyib. O, bu barədə dünən Ağ Evdə keçirdiyi brifinqdə bildirib. Məlumatı “İzvestiya.ru” verib. 

“Mən əminəm ki, seçkilər azad və ədalətli olacaq, lakin onların dinc keçib-keçməyəcəyini bilmirəm. Respublikaçı namizəd və keçmiş ABŞ prezidenti Donald Trampın dedikləri və sonuncu dəfə seçkinin nəticəsini bəyənmədiyi zaman dedikləri çox təhlükəli idi” – deyə Bayden qeyd edib.

O, əlavə edib ki, Respublikaçıların mümkün hərəkətlərindən narahatdır, çünki Respublikaçılar Partiyasının vitse-prezidentliyə namizədi J.D.Vens artıq hazırkı vitse-prezident Kamala Harrisin qalib gələcəyi təqdirdə seçkilərin nəticələrini qəbul etməyəcəyini bildirib.

P.ƏMİRCANOV
XQ

Dünya