ABŞ mediası: Trampa qarşı yeni sui-qəsd cəhdi olub

post-img

Sentyabrın 15-də keçmiş ABŞ prezidenti Donald Tramp qolf klubundan çıxarkən onun yaxınlığında atışma baş verib. Məlumatı “Anadolu” verib. 

Məlumata görə, ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından ölkənin ən yüksək vəzifəsinə namizəd Donald Trampa qarşı yeni sui-qəsd cəhdi edilib. Hadisə o, West Palm Beach-də qolf klubundan çıxarkən baş verib. Amerika KİV-lərinin məlumatına görə, rəsmilər silahlı şəxsin Trampa hücum etmək niyyətində olduğunu və orada bir nəfərin saxlanıldığını bildiriblər.

Trampın seçki kampaniyasının sözçüsü Stiven Çeunq deyib ki, “ona yaxın ərazidən atəş açıldıqdan sonra Tramp təhlükəsizlikdədir”.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya