Rusiya BMT TŞ-nin iclasının keçirilməsini tələb edib

post-img

Sentyabrın 13-də BMT Təhlükəsizlik Şurası Rusiyanın tələbi ilə Kiyev rejiminə Qərb silahlarının verilməsinə həsr olunan iclası keçiriləcək. Bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib. 

Məlumatı “İnterfaks.ru” verib. 

Polyanskinin sözlərinə görə, sentyabrın 10-da Nyu-York vaxtı ilə saat 15:00-da (Moskva vaxtı ilə 22:00) Qərbin tələbi ilə Ukraynadakı vəziyyətin humanitar aspektləri ilə bağlı iclas keçiriləcək.

“Cavab olaraq biz sentyabrın 13-də Nyu-York vaxtı ilə saat 10:00-da (Moskva vaxtı ilə 17:00) Kiyev rejiminə Qərb silahlarının verilməsi ilə bağlı görüş keçirməyi planlaşdırırıq”, – Polyanski Teleqram kanalında yazıb.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya