Azərbaycan Rəssamlıq Akademiyası publik hüquqi şəxsə çevrildi

post-img

Azərbaycan Rəssamlıq Akademiyası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Rəssamlıq Akademiyasına çevrilmə yolu ilə yenidən təşkil edilir.

Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, “Azərbaycan Rəssamlıq Akademiyasının Nizamnaməsi” təsdiq edilib. Elm və Təhsil Nazirliyi bu Qərarın qüvvəyə mindiyi tarixdən 3 gün müddətində Azərbaycan Rəssamlıq Akademiyasının “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir.

Elm