“SpaceX” şirkətinin baş icraçı direktoru İlon Mask özünün “X” sosial media platformasındakı paylaşımında bildirib ki, kosmik missiyası çərçivəsində ilk ekipajsız “Starship” gəmisini iki il sonra, növbəti “Yer-Mars” transfer pəncərəsi açıldıqda, Qırmızı planetə göndərəcək.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, Mask Marsa təhlükəsiz eniş əməliyyatı məqsədilə gələcəkdə pilotlu uçuşların etibarlılığını yoxlamaq üçün ilk mərhələdə ekipajlı missiya göndərməyəcək. O əlavə edib ki, bu enişlər yaxşı olarsa, onun kosmik şirkəti dörd il sonra Marsa ilk pilotlu uçuşları həyata keçirəcək.
2022-ci ilin aprelində “SpaceX” şirkətini quran İlon Mask Marsa enəcək ilk ekipajsız “Starship” gəmisinin beş il ərzində, ilk insanların isə yeddi il ərzində Marsa enəcəyini söyləmişdi.
Bu ilin iyununda bir “Starship” raketi kosmosdan alovlu, hipersəsli qayıdışdan salamat çıxa bilib və raketin dördüncü sınağında bütün dünya üzrə tam test missiyasını tamamlayaraq Hind okeanında sıçrayışlı eniş nümayişinə nail olub.
İlon Mask bu onilliyin sonunda Aya insanları və yükləri göndərəcəyinə və nəticədə Marsa uça bilən böyük, çoxməqsədli yeni nəsil kosmik gəmi istehsal etmək məqsədini yerinə yetirmək üçün “Starship” kosmik gəmisinə ümid edir.