FHN liftdə qalmış 5 nəfəri xilas edib

post-img

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi və Nəsimi rayonlarında doqquzmərtəbəli yaşayış binalarının liftlərində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub. 

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə liftlərin qapısı açılaraq köməksiz vəziyyətdə qalan ümumilikdə 5 nəfər xilas edilib.

 

P.ƏMİRCANOV

XQ

 

Son xəbərlər