Füzulidə yol qəzasında 1 nəfər ölüb, 2 nəfər yaralanıb

post-img

Füzuli rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gün Füzuli rayonunun Qayıdış qəsəbələrini birləşdirən avtomobil yolunun 4 saylı Qayıdış qəsəbəsi ərazisində qeydə alınıb. Şükürov Nicat Qafar oğlunun idarə etdiyi 19-BK-960 dövlət nömrə nişanlı "Toyota Corolla" markalı avtomobil və Bəylərov Elgün Sərkar oğlunun sükan arxasında olduğu 19-BK-282 dövlət nömrə nişanlı "VAZ-2106" markalı minik maşını toqquşub. Hadisə nəticəsində VAZ markalı avtomobolin sürücüsü hadisə yerində ölüb, xəsarət alan iki nəfər - "Toyota Corolla" markalı avtomobilin sürücüsü və sərnişin İsmayılov Səlim Mərdan oğlu Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər