Pakistanın Bəlucistan əyalətində terrorçuların hücumu 23 adamın həyatına son qoyub

post-img

Pakistanın Bəlucistan əyalətindəki Musaxail dairəsində terrorçular magistral yolu kəsərək əvvəl avtobus və yük maşınlarında olanların sənədlərini yoxlayıb, sonra isə onlara silahla hücum ediblər.

Pakistan mətbuatının yaydığı məlumata görə hücum nəticəsində Pəncabdan olan 23 adam həyatını itirib, yaralıların olduğu bildirilir. Yaralılar və həlak olanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb. 

Pakistan Prezidenti Asif Əli Zərdari və baş nazir Şahbaz Şərif terror aktını kəskin pisləyib, bundan sonra da ölkə ərazisində terrorçularla mübarizənin ön planda olacağını bildiriblər. 

Bəlucistan əyalətinin baş naziri Sarfaraz Buqti də terror aktını pisləyib, qeyd edib ki, tettorçular qısa müddətdə tutulacaq. 

Xatırladırıq ki, son vaxtlarda Pakistanın Əfqanıstanla həmsərhəd oan Xayber-Paxtunxva və Bəlucistan əyalətlərində terrorçular burada yaşayan etnik puştunların və bəlucların hüquqlarının qorunması adı ilə tez-tez bu kimi terror hadisələri törədirlər. 

Qanlı hadisəyə görə məsuliyyəti hələ ki, regionda qeyri-qanuni fəaliyyət göstərən heç bir qruplaşma öz üzərinə götürməyib. 

Qulu Kəngərli 

XQ-nin xüsusi müxbiri

İslamabad

 

 

Dünya