Obamalardan Kamala Harrisə dəstək mesajı

post-img

ABŞ-nin sabiq dövlət başçısı Barak Obama və onun həyat yoldaşı Mişel no­yabrın 5-də keçiriləcək prezident seçkilərində Kamala Harrisin namizəd­liyini dəstəkləyiblər. Bu barədə ABŞ mediası məlumat yayıb. Məlumatda Barak və Mişel Obamaların siyasi mövqelərini özlərinin sosial media he­sablarında da bildirdikləri qeyd olunur.

Amerikanın sabiq prezidenti Barak Obama şəxsi səhifəsində belə yazıb: “Mi­şel və mən dostumuz Kamala Harrisə zəng edərək, onun çox yaxşı prezident olacağını və Kamalanı bu yolda tam dəstəklədiyi­mizi dedik. Seçkilərdə onun qalib gəlməsi üçün əlimizdən gələni edəcəyik”.

Mişel Obama isə öz növbəsində insan­lara bəxş etdiyi gözəl əhval-ruhiyyə, yu­mor hissi və ümid vermək bacarığına görə Kamala Harrisin Demokratlar partiyasın­dan dövlət başçısı postuna namizədliyini dəstəklədiyini vurğulayıb.

Xatırladaq ki, iyulun 21-də ABŞ-nin hazırkı Prezidenti Cozef Bayden dövlət başçısı postuna yenidən seçilmək istəmə­diyini elan edib və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini bil­dirib.

S.FİDAN
XQ

Dünya