Qazaxıstanın baş naziri Oljas Bektenov Qırğızıstan vətəndaşlarının ölkədə daha uzun müddətə qalmalarını nəzərdə tutan fərman imzalayıb. Bu barədə “Kazinform”a istinadən “Anadolu” xəbər verib.
Qazaxıstanın baş naziri immiqrantların respublikaya gəlişi və qalma qaydalarındakı bəndlərdən birinin fəaliyyətini dayandıran hökumət fərmanı imzalayıb. Söhbət Qazaxıstanda icazə verilən qalma müddətinin artıqlığını müəyyən edən altıncı bəndin 16-cı hissəsindən gedir. Belə ki, qaydalara əsasən, Avrasiya İqtisadi İttifaqının (Aİİ) vətəndaşları sərhədləri keçdiyi andan 90 təqvim gününə qədər və 180 gün müddətində ölkədə qala bilərlər.
Lakin hökumətin qərarı bu bəndi müvəqqəti olaraq ləğv edərək, Qırğızıstan vətəndaşlarına göstərilən müddət bitdikdən sonra da Qazaxıstana gəlməyə icazə verir. Sənəd rəsmi dərc edildiyi ilk gündən on təqvim günü sonra - 29 iyul 2024-cü il tarixində qüvvəyə minir.
P.ƏMİRCANOV
XQ