Peskov Ukraynanın LUKOIL neftinin tranzitini məhdudlaşdırması ilə bağlı vəziyyəti böhran adlandırıb

post-img

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov hesab edir ki, Ukrayna siyasi səbəblərə görə "Drujba" kəməri ilə neftin Slovakiya və Macarıstana tranzitini məhdudlaşdırmaq qərarına gəlib. O qeyd edib ki, istehlakçılar üçün böhranlı vəziyyət yaranıb, lakin bu, heç bir şəkildə Rusiyadan asılı deyil.

İyulun 18-də məlum olub ki, Macarıstan və Slovakiya LUKOIL-dan Ukrayna ərazisindən keçən "Drujba" neft kəmərinin cənub qolu vasitəsilə neft almağı dayandırıb. Jurnalistlər Dmitri Peskovdan soruşublar ki, Rusiya bu marşrut üzrə məhdudiyyətin aradan qaldırılmasına çalışacaq, yoxsa başqa təchizat marşrutları axtaracaq.

“Düşünmürəm ki, bizim tranzit daşıyan Ukrayna şirkətləri ilə əlaqə saxlamaq imkanımız var. Yəqin ki, qərar texniki yox, siyasi müstəvidə verilib. Amma burada heç bir dialoqumuz yoxdur. Həqiqətən, vəziyyət bizim alıcılar üçün kifayət qədər böhranlıdır, lakin bu, heç bir halda bizdən asılı deyil”, deyə Peskov cavab verib.

Xatırladaq ki, Macarıstan və Slovakiyaya neft nəqlinin dayandırılması Rusiya şirkətinin Ukraynanın sanksiyalar siyahısına salınması ilə bağlıdır. 

S.ELAY

XQ

 

Dünya