Türkiyə Prezidenti iki naziri vəzifədən azad edib

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səhiyyə nazirini, eləcə də ekologiya və şəhərsalma nazirini dəyişib. Dövlət başçısının müvafiq sərəncamları “Resmi Gazete”də dərc olunub. Məlumatı “Anadolu” verib. 

Fahrettin Kocanın yerinə Səhiyyə Nazirliyinin rəhbəri vəzifəsinə Kamal Memişoğlu təyin edilib.

Mehmet Özhasekinin yerinə isə Ekologiya və Şəhərsalma Nazirliyinə daha əvvəl 2018-2023-cü illərdə bu vəzifəni icra edən Murat Kurum rəhbərlik edəcək.

Fahrettin Koca və Mehmet Özhaseki istefalarını prezidentə təqdim ediblər. Özhaseki qərarını səhhətində yaranan problemlərlə əsaslandırıb.

P.ƏMİRCANOV
XQ

Dünya