Bank kartlarından pul oğurlayanlar tapılıb

post-img

İyunun 26-da Bakı şəhər sakini olan 2 nəfərin bank kartlarından 500 manat və 650 manat  pullarının oğurlanması barədə polisə məlumatlar daxil olub. 

DİN mətbuat xidmətinin verdiyi xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən H.Həsənli, F.Ağamalızadə və bir qadın müəyyən edilərək saxlanılıb.

Xətai RPİ 37-ci şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə iyunun 30-da bir nəfərin quldurluq yolu ilə 200 manat pulunu talamaqda şübhəli bilinən E.Bağırov, M.Qəhrəmanlı, F.Cəfərli və bir yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

P.ƏMİRCANOV
XQ

Sosial həyat