Çin səfirliyi ABŞ-ı nüvə tərksilahı rejimini pozmaqda ittiham edib

post-img

Çinin ABŞ-dakı səfirliyinin mətbuat katibi bildirib ki, Birləşmiş Ştatlar nüvə tərksilahı rejiminə zərbə vurmağı dayandırmalıdır. O, nüvə arsenalının artırılmasına icazə verən Ağ Evin Milli Təhlükəsizlik Şurasının Nüvə Silahlarının Yayılmaması üzrə baş direktoru Pranaya Vaddinin çıxışını belə şərh edib.

“Birləşmiş Ştatlar davranışı üzərində düşünməli və düzgün iş görməlidir. Birləşmiş Ştatlar nüvə tərksilahı və nüvə silahının yayılmaması beynəlxalq rejimini sarsıtmağı dayandırmalı, milli və kollektiv təhlükəsizlik siyasətində nüvə silahının rolunu azaltmalı və dünyanın rifahı üçün məsuliyyətlə hərəkət etməlidir”, - Çin nümayəndəsi deyib.

Pekin qeyd edib ki, onun nüvə arsenalı minimum tələb olunan səviyyədədir. Səfirlik nümayəndəsi iddia edir ki, ÇXR nüvə silahından ilk istifadə etmək və silahlanma yarışı keçirmək niyyətində deyil. Onun sözlərinə görə, “heç bir ölkə Çinə qarşı nüvə silahından istifadə etmədikcə, Çinin nüvə silahı ilə təhlükə hiss etməyəcək”.

Xatırladaq ki, Pranaya Vaddi iyunun 7-dəki çıxışında bildirib ki, Rusiya, Çin və Şimali Koreya nüvə arsenallarını sürətlə genişləndirdir və şaxələndirirlər. 

S.ELAY

XQ

Dünya