Rusiya Prezidenti Vladimir Putin və Belarus lideri Aleksandr Lukaşenko arasında telefon danışığı olub. Hər iki dövlət başçısı yüksək səviyyəli danışıqların nəticələrinin iki ölkə arasında münasibətlərin daha da inkişafına təkan verdiyini qeyd edib. Məlumatı “İnterfaks.ru” verib.
Məlumata görə, tərəflər müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılığa gəliblər. Bu barədə mayın 31-də Kremlin mətbuat xidməti məlumat yayıb.
“Hər iki tərəf yüksək səviyyəli danışıqların nəticələrinin çoxşaxəli Rusiya-Belarus strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafına mühüm təkan verdiyini vurğuladı”, - deyə məlumatda bildirilir.
Dövlət başçıları Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iyulda Qazaxıstanda keçiriləcək sammitində Minskə iştirakçı ölkə statusunun verilməsi ilə bağlı qərarın qəbul edilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
P.ƏMİRCANOV
XQ