Kiyevin nəzarətində olan ərazidən 75 rus hərbi əsiri geri qaytarılıb. Onların əvəzində isə Ukrayna Silahlı Qüvvələrinin (AFU) 75 hərbi əsiri Kiyevə təhvil verilib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mayın 31-də yaydığı məlumatda deyilir. Məlumatı “İzvestiya.ru” yayıb.
“Danışıqlar prosesi nəticəsində əsirlikdə ölüm təhlükəsi ilə üzləşmiş 75 rusiyalı hərbçi Kiyev rejiminin nəzarətində olan ərazidən geri qaytarılıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 75 hərbi əsiri təhvil verilib”, - deyə RF MN-dən bildirilib.
Sərbəst buraxılan hərbi qulluqçular Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya üçün Rusiya Aerokosmik Qüvvələrinin hərbi nəqliyyat təyyarələri ilə Moskvaya aparılacaq.
Onlara bütün lazımi tibbi və psixoloji yardım göstərilir.
P.ƏMİRCANOV
XQ