Avropa Parlamenti Ermənistanın Avropa İttifaqına daxil olması imkanlarına baxmağı təklif edən qətnamə qəbul edib. Biz diqqətli olmalı, sadəlövh olmamalı və Avropa İttifaqına, verilən vədlərə inanmamalı, qəbul edilən qətnaməyə sevinməməliyik.
Bunu Ermənistan mətbuatına müsahibəsində Stenford Universitetinin siyasi elmlər doktoru, professor Artur Xaçikyan deyib.
“Bu gün Avropa İttifaqına üzv olmaq üçün öz növbəsini gözləyən çoxlu ölkələr var. Hesab edirəm ki, bu, Avropanın bizə təklif etdiyi və göstərdiyi konfetdir. Bizə söz verəcəklər, həmişə olduğu kimi, Avropadan mal almağa şad olacağıq və biz Avropaya vizasız daxil olmaq imkanı əldə etdikdə Ermənistan boş qalacaq”.
Onun sözlərinə görə, vaxtilə Ukrayna balansı saxlamağa çalışsa da, buna imkan verilmədi: “Aydın idi ki, bu, Ukraynanın xeyrinə deyil, Avropanın, Qərbin və Rusiyanın əleyhinə olub. ABŞ-nin Əfqanıstana müdaxiləsinin necə başa çatdığını görmək üzücü idi və eyni şey Ukrayna ilə də olacaq”, – deyə professor bildirib.
Rizvan FİKRƏTOĞLU
XQ