Putin: Rusiyanın suverenliyi təhlükə ilə üzləşərsə, nüvə silahından istifadə edilə bilər

post-img

Rusiyanın dövlətçiliyinə, suverenliyinə və ya müstəqilliyinə təhlükə yaranacağı təqdirdə Moskva nüvə silahından istifadə etməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, Prezident Vladimir Putin bunu Rusiya dövlət televiziyasına müsahibəsində deyib.

O, həmçinin ABŞ-ın nüvə müharibəsinə səbəb ola biləcək hər hansı eskalasiyadan qaçacağını güman etdiyini, lakin RF-in istənilən ssenariyə hazır olduğunu vurğulayıb. Rusiyanın dövlət başçısı hazırda Ukraynada nüvə silahından istifadəyə ehtiyac olmadığını bildirib.

Vladimir Putinin sözlərinə görə, Moskva Ukraynada öz məqsədlərinə çatacağına əmindir. Rusiya prezidenti, eyni zamanda, danışıqlara hazır olduğunu və istənilən sövdələşmədə Qərbdən ciddi təminat tələb edəcəyini deyib.

Dünya