“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir

post-img

“Hərbçi olmaq mənim uşaqlıq arzum idi. Çox ağır döyüşlər gedirdi, amma qarşımıza məqsəd qoymuşduq ki, torpaqlarımızı düşməndən geri alacağıq. Bu, belə də oldu”.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə qatılan, Cəbrayıl, Füzuli, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edən, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilən qazimiz Rəşad Ağaşzadənin tibbi xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.

“Youtube” video: https://www.youtube.com/watch?v=uUSOCaasL3E

Yüksəkkeyfiyyətli formada videolink: https://we.tl/t-DJt1CNzeDz

Sosial həyat