Ermənistan Rusiya sərhədçilərinin Yerevandakı “Zvartnots” hava limanında fəaliyyətini dayandırması barədə Rusiya Federasiyasına xəbərdarlıq edib. Bu barədə martın 12-də Kremlin sözçüsü Dmitri Peskov brifinq zamanı bildirib. Məlumatı “İzvestiya.ru” verib.
Beləliklə, o, respublikanın baş naziri Nikol Paşinyanın müvafiq bəyanatını təsdiqləyib. Çərşənbə axşamı o, erməni sərhədçilərinin rusiyalı həmkarlarını onların köməyi olmadan hava limanında xidmət etmək imkanı barədə məlumatlandırdıqlarını bildirib.
Peskovun sözlərinə görə, Rusiya tərəfi Ermənistandan bununla bağlı məktub alıb: “Hazırda şöbələr arasında əlaqələr qurulur. Hələ bundan artıq heç nə deyə bilmərəm. Təbii ki, bütün mümkün səviyyələrdə təmaslar davam edəcək”.
P.ƏMİRCANOV
XQ