Koreya Respublikası və ABŞ “Azadlıq qalxanı” təlimlərinə başlayır

post-img

Koreya Respublikası və ABŞ silahlı qüvvələri martın 14-dək davam edəcək “Azadlıq qalxanı” hərbi təlimlərinə başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Koreya Respublikasındakı Amerika hərbi kontingentinin bildirdiyi kimi, təlim zamanı onlar quruda, dənizdə, havada və kiberməkanda hərəkətləri, həmçinin düşmən nüvə qüvvələrinə cavab vermək üçün “kosmik aktivlərdən” istifadəni məşq edəcəklər.

Təlimlərdə BMT Komandanlığına üzv olan 12 ölkənin nümayəndələri də müşahidəçi qismində iştirak edəcək.

Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin rəsmi nümayəndəsi Li Sonq-Cunq deyib ki, manevrlər zamanı Şimali Koreyanın qanadlı raketlərinin aşkarlanması və ələ keçirilməsi praktikası həyata keçiriləcək. İlin əvvəlində Şimali Koreya “Hvasal-2” (Strela-2) və “Pulxvasal-3-31” (“Atəş ox-3-31”) qanadlı raketlərini sınaqdan keçirib.

Dünya