Azərbaycanın bədii gimnastları Almaniyanın Fellbax-Şmiden şəhərində keçirilən “Gymnastic International 2024” turnirində uğurlu nəticə əldə ediblər.
AZƏRTAC xəbər verir ki, beynəlxalq yarışda Şəms Ağahüseynova gümüş, İlahə Bahadırova bürünc medalın sahibi olublar.
Onlar müvafiq olaraq lent və topla hərəkətlərin icrasında bu nailiyyətə seviniblər.