İspaniyada “qan” batareyası

post-img

İspaniyada aparılan bir araşdırmada Kordoba Universitetinin alimləri qırmızı qan hüceyrələrinin əsas komponenti olan hemoqlobini batareyaya daxil edərək 20-30 gün işləyən prototip hazırlayıblar.

Kimyəvi reaksiya ilə işləyən batare­yalar kompüterlərdən tutmuş elektrikli nəqliyyat vasitələrinə qədər hər şeyi güc­ləndirə bilir. Batareyaya hava çəkildikdə, oksigen katodda suya çevrilir və anodda isə sinki oksidləşdirən elektrodlar buraxı­lır.

Bu reaksiyanı davam etdirmək üçün spesifik xüsusiyyətlərə malik katalizator lazım olduğundan tədqiqatçılar hemoqlo­binin yaxşı bir seçim olduğuna qərar verib­lər. Bildirilib ki, oksigenin azaldılması re­aksiyasında katalizatorun iki xüsusiyyətə malik olması şərtdir. Bu xüsusiyyətlərdən birincisi oksigen molekullarını sürətli şəkil­də udması, digəri isə nisbətən asanlıqla su molekullarını əmələ gətirməsidir.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya