Bu gün də yağmursuz və dumanlı olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirli­yi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən fevralın 11-də Bakıda və Abşeron yarımadasında ha­vanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcə­yi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman ola­caq. Mülayim cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-9°, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 5-10°, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacaq. 

Q. QASIMOV
XQ

Ekologiya