Kardioloq Qrant Şexan arterial təzyiqi tez salan 2 giləmeyvə barədə açıqlama verib. Bildirib ki, nar və quşarmudu (aroniya) birbaşa təzyiqə təsir edir. Bu meyvələr unikal hipotonik təsirə malikdir.
Quşarmudunun və narın o qədər güclü təzyiqsalıcı təsiri var ki, həkimlər həmin meyvəni aşağı təzyiqi olanlara qəti qadağan edirlər.
Bu meyvələrdə angiotenzini deaktivə edən, damarları daraldan maddə var. Təzyiqi salma təsirinə malik digər meyvələr – C vitamini ilə zəngin sitrus meyvələridir. C vitamini damarların elastikliyini bərpa edir, qanı durulaşdırır, nəticədə qan damarlarda yaxşı dövr edir və təzyiq normallaşır.
Kardioloq, həmçinin bildirib ki, kalium və maqneziumla zəngin ispanaq və çuğundur da damar funksiyalarına yaxşı təsir edir. Təzyiq problem olanların müalicəsi mütləq həkim tərəfindən təyin olunmalıdır.
Z.BAYRAM
XQ