Avropa İttifaqı Ukrayna ordusunu öz hərbi qüvvələrinin bir hissəsi edəcək

post-img

Avropa Komissiyasının rəhbəri Ursula fon der Llayen Avropanı Ukrayna ordusu və müdafiə sənayesini öz qüvvələrinin bir hissəsi kimi qəbul etməyə çağırıb. O, Ukrayna Silahlı Qüvvələrinin Avropanın “bəzi” hərbi proqramlarına əlavə ediləcəyini vəd edib. Artıq Ukrayna əsgərlərinin Avropada təlim keçməsi formasında ilk addım atılıb.

Avropa İttifaqı Ukraynanı öz hərbi qüvvələrinin bir hissəsi kimi görməyə öyrəşməlidir; Ukrayna Silahlı Qüvvələri tədricən Avropa proqramlarına inteqrasiya olunacaq. Bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropa Parlamentinin sessiyasında bildirib. 

“Biz artıq Ukraynanı öz hərbi-sənaye strategiyamızın hazırlanması prosesinə daxil etmişik, bu, Ukraynanın bəzi hərbi proqramlarımıza inteqrasiyasında ilk addım olacaq”, – Avropa Komissiyasının rəhbəri vurğulayıb.

O, Ukrayna Silahlı Qüvvələrini “Avropanın hərbi imkanlarının bir hissəsi”, Ukrayna sənayesini isə “Avropanın öz hərbi sənayesinin bir hissəsi kimi” nəzərdən keçirməyə çağırıb. Fon der Llyayen qeyd edib ki, Ukraynanın ümumi hərbi proqramlara daxil edilməsi “qüvvələrin, imkanların və kollektiv hərbi sənaye planlaşdırmasının uyğunluğunu” təmin edəcək.

Kiyevə dəstəkdən danışan komissiya rəhbəri Aİ-nin 40 mindən çox ukraynalı əsgərə təlim keçdiyini və hərbi yardıma 28 milyard avro xərclədiyini diqqətə çatdırıb və vurğulayıb ki, “qarşıda böyük əzablar var”, lakin gələcəkdə “ Ukrayna Aİ üzvləri arasında olacaq”.

S.ELAY

XQ

 

 

Dünya