Türkiyənin "Ronesans Holding" tikinti holdinqi Rusiyanı tərk edir

post-img

Türkiyənin “Ronesans Holdinq” tikinti və podrat holdinqi Rusiyadakı fəaliyyətini dayandırdığını açıqlayıb. Son iki il ərzində şirkət özünün regional biznesini satıb və maliyyə hesabatlarına əsasən investisiyalarını dünyanın digər regionlarına yönləndirib.

Holdinqin press-relizinə görə, "Ronesans" Rusiyadakı tikinti biznesini 2022-ci ilin mayında, daşınmaz əmlak biznesini isə 2023-cü ilin iyununda satıb. 

"Ronesans" əlavə edib ki, Rusiyada fəaliyyətini dayandırdıqdan sonra holdinq yeni bazarlara çıxmağı və qlobal iştirakını genişləndirməyi planlaşdırır. 

“Ronesans Holdinq” mənzillərdən tutmuş enerji obyektlərinə və xəstəxanalara qədər müxtəlif layihələrin tikintisi ilə məşğuldur. Türkiyə ilə yanaşı MDB ölkələri, Avropa, Yaxın Şərq və Şimali Afrikada da fəaliyyət göstərir. Holdinq 1993-cü ildən Rusiyada fəaliyyət göstərirdi, bir sıra iri layihələr həyata keçirib, xüsusən də Rusiya Birbaşa İnvestisiya Fondu ilə əməkdaşlıq edirdi.

S.ELAY

XQ

 

Dünya