118 saylı Ağdam şəhər seçki dairəsinin işğaldan azad edilən ərazilərdə ümumilikdə 3 seçki məntəqəsi formalaşdırılıb

post-img

118 saylı Ağdam şəhər seçki dairəsinin işğaldan azad edilən ərazilərdə ümumilikdə 3 seçki məntəqəsi formalaşdırılıb. Secki-2024.az saytı xəbər verir ki, Ağdam Konfrans Mərkəzində yerləşən məntəqənin həyətində lövhə qoyulub, oraya prezidentliyə namizədlərin təşviqat plakatları vurulub.

İşğaldan azad edilmiş Ağdam şəhərində 118 saylı Ağdam şəhər seçki dairəsinin 57 saylı məntəqəsi yaradılıb və səsverməyə hazırlıq prosesi tam başa çatıb. Bu məntəqə üzrə 1414 seçici qeydiyyata alınıb. 57 saylı məntəqəsində səs verəcək seçicilər həmin ərazidə tikinti-bərpa işləri ilə məşğul şirkətlərdə çalışan şəxslərdir. 

 

Sosial həyat