ABŞ pilotsuz qırıcı hazırlamağa başladı

post-img

ABŞ-ın üç böyük aerokosmik istehsalçısı ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) avtonom döyüş təyyarələrinin yaradılması səylərində iştirak edəcəklərini təsdiqləyiblər.

"Flight Global"ın məlumatına görə, hərbi sənayenin üç nəhəng korporasiyası - Boeing, Lockheed Martin və Northrop Grumman yanvarın 25-də Birgə Döyüş Təyyarələri (CCA) proqramında iştirakını təsdiqləyən "Anduril" startapına qoşulub. Bu, nisbətən aşağı qiymətə istehsal oluna bilən və ekipajlı döyüş təyyarələrini tamamlamaq üçün çox sayda istifadə edilə bilən pilotsuz təyyarələr yaratmağı hədəfləyir. Ancaq "General Atomics" və "Kratos" kimi digər şirkətlər layihədə iştiraklarını hələ təsdiq etməyiblər.

"Kratos" artıq sınaq və qiymətləndirmə üçün özünün XQ-58 Valkyrie avtonom təyyarəsinin bir neçə nümunəsini ABŞ Hərbi Hava Qüvvələrinə təhvil verib. ABŞ Hərbi Hava Qüvvələri CCA-nı "Next Generation Air Dominance" (NGAD) kimi tanınan gələcək altıncı nəsil qırıcı platforma ilə birləşdirməyi planlaşdırır. Hərbi Hava Qüvvələri havada yanacaq doldurma, elektron müharibə və ya əlavə silahların daşınması kimi vəzifələri yerinə yetirmək üçün NGAD ilə tandemdə işləyə bilən bir sıra avtonom təyyarələr hazırlamağa çalışır.

S.ELAY

XQ

Dünya