Pakistanın sabiq baş naziri İmran Xana yeni hökm oxunub

post-img

Pakistanın sabiq baş naziri İmran Xan və həyat yoldaşı Buşra Bibi korrupsiya işi üzrə yeni cəza alıb. Onlar dövlət xəzinəsində saxlanılan qiymətli əşyaları satmaqda ittiham olunurlar.

Reuters agentli xəbər verir ki, məhkəmə sabiq baş naziri və onun həyat yoldaşını 52 qiymətli əşyanı satmaqda və aldıqları hədiyyələr haqqında məlumatı gizlətməkdə təqsirli bilərək 14 il müddətinə azadlıqdan məhrum edib. Eyni zamanda, onlara 10 il dövlət vəzifəsində işləmək qadağan edilib və hər biri 787 milyon Pakistan rupisi həcmində cərimələnib.

İmran Xan bundan öncə dövlət sirrini yaymaq ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Sabiq hökumət başçısının vəkili hökmü qəbul etmədiklərini və onun siyasi sifariş olduğunu bildirib.

Dünya