İran Prezidenti sabah Türkiyəyə səfər edəcək

post-img

İran Prezidenti Seyid İbrahim Rəisi yanvarın 24-də Türkiyəyə rəsmi səfər edəcək.

Qeyd edək ki, səfər çərçivəsində ikitərəfli və heyətlər arasında görüşlərin keçirilməsi, iki dövlət başçısının mediaya birgə açıqlama vermələri gözlənilir.

Səfərin əsas gündəm mövzuları terrorla birgə mübarizə, İsrail-Fələstin və Rusiya-Ukrayna qarşıdurmalarıdır.

Səfər çərçivəsində Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclasının keçirilməsi, eləcə də iki ölkə arasında ticarət, iqtisadiyyat, mədəniyyət və elm kimi ayrı-ayrı sahələrdə 10-a yaxın sənədin imzalanması nəzərdə tutulur.

Dünya